...

Rumıniyada Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü qeyd olunub

Cəmiyyət Materials 17 Oktyabr 2011 16:03 (UTC +04:00)
Rumıniyada Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü qeyd olunub.
Rumıniyada Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü qeyd olunub

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir T.Hacıyev/

Rumıniyada Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü qeyd olunub. Bu barədə bazar ertəsi Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən məlumat verilib.

Tədbir Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamına uyğun olaraq keçirilib.

Azərbaycanın Rumıniyadakı səfirliyinin tədbirlər planına əsasən, oktyabrın 12-13-də Yeni Azərbaycan Partiyasının (YAP) hərtərəfli dəstəyi ilə Rumıniyaya ezam olunmuş Azərbaycan musiqiçilərinin iştirakı ilə konsert proqramı və rəsmi qəbul təşkil edilib.

Oktyabrın 12-də keçirilmiş tədbirdə Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov Azərbaycan xalqının dövlətçilik tarixi, müasir Azərbaycan dövlətinin keçdiyi yol barədə tədbir iştirakçılarını məlumatlandırıb. O, ölkəmizin avroatlantik strukturlara və dünya birliyinə inteqrasiya etdiyini bildirib, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin həyata keçirdiyi aktiv humanitar fəaliyyət, səfirliyin və Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü və dəstəyi ilə rumın dilinə tərcümə olunmuş 50-dən çox Azərbaycan ədəbiyyatı nümunəsi barədə danışıb.

1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini elan edib.

Xəbər lenti

Xəbər lenti