...

Bakının Mətbuat prospektində nəqliyyatın hərəkəti dayandırılacaq

Cəmiyyət Materials 18 Oktyabr 2011 17:33 (UTC +04:00)
Bu gün axşam Bakının Mətbuat prospektində nəqliyyatın hərəkəti dayandırılacaq.
Bakının Mətbuat prospektində nəqliyyatın hərəkəti dayandırılacaq

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün axşam Bakının Mətbuat prospektində nəqliyyatın hərəkəti dayandırılacaq.

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin inspektoru Razi Zeynalov çərşənbə axşamı Trend-ə bildirib ki, Mətbuat prospektində su xəttində baş vermiş qəzanın aradan qaldırılması məqsədi ilə axşam saat 21:00-dan təmir işləri başa çatanadək keçmiş Qələbə meydanından A.Abbasov küçəsi istiqamətində (Mətbuat prospekti boyunca) nəqliyyatın hərəkəti tam məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti