...

İranlı zəvvarların avtobusu qəzaya uğrayıb

Cəmiyyət Materials 19 Oktyabr 2011 12:57 (UTC +04:00)
İki gün öncə İranlı zəvvarların avtobusu Məkkə-Mədinyə yolunda qəzaya uğrayıb. Hadisə nəticəsində 22 nəfər xəsarət alıb
İranlı zəvvarların avtobusu qəzaya uğrayıb

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir T.Cəfərov/

İki gün öncə iranlı zəvvarların avtobusu Məkkə-Mədinə yolunda qəzaya uğrayıb. Hadisə nəticəsində 22 nəfər xəsarət alıb. Trend-in məlumatına görə, bu barədə İranın İSNA xəbər agentliyi bu gün məlumat verib.

Məlumata əsasən, yaralılardan 15 nəfər ambulator müayinədən sonra evə buraxılıb.

İran televiziyasının bu gün yaydığı məlumata görə, hadisə zamanı yaralanan zəvvarlardan bir qadın və bir kişinin vəziyyəti daha ağır olduğundan onlar müalicə üçün İrana göndəriləcəklər.

İSNA xəbər agentliyinin məlumatına əsasən, Həcc mövsümünün başlanğıcından indiyədək iki iranlı zəvvar Səudiyyə Ərəbistanında vəfat edib. Onlardan biri Mədinə şəhərində ürək çatışmazlığından, digəri isə Məkkə şəhərində avtomobil qəzasında vəfat edib.

Xəbər lenti

Xəbər lenti