Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir M.Əliyev/
MDB və Baltik ölkələri 2020-ci il Yay Olimpiya Oyunlarına Bakının namizədliyini dəstəkləməyə çağırılıblar.
Trend-in məlumatına görə, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov cümə axşamı jurnalistlərə bildirib ki, Rusiya Olimpiya Komitəsinin baş katibi Marat Bariyev Bakıda MDB və Baltik ölkələrinin MOK rəhbərlərininin regional forumunda müxtəlif səsvermələrdə bir yerdə olmaqla və bir mövqe nümayiş etdirməklə bağlı çağırış edib.
Rəhimov qeyd edib ki, 2020-ci il Yay Olimpiya Oyunlarına Bakının namizədliyinin dəstəklənməsi üçün 13 MDB və Baltik ölkələrinin MOK-ları Azərbaycana köməklik göstərə bilərlər.
Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2020-ci il Yay Olimpiya Oyunlarına Bakının namizədliyini təsdiq edib. Azərbaycanda Bakının namizədliyi ilə bağlı təşkilat komitəsi yaradılıb.
2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün Bakı ilə yanaşı Madrid, Roma, Tokio, İstanbul və Qətərin paytaxtı Doha şəhəri də namizədliklərini irəli sürüblər. İlk təqdimat 2012-ci ilin fevral ayında baş tutmalıdır.
BOK ikipilləli seçimdən sonra 7 sentyabr 2013-cü ildə Argentinanın paytaxtı Buenos-Ayres şəhərində Olimpiyadaya ev sahibliyi edəcək şəhərin adını açıqlayacaq.
Azərbaycanın Milli Olimpiya Komitəsi Bakının namizədliyini 2016-cı il Yay Olimpiya Oyunları üçün də irəli sürmüşdü. Lakin BOK 2016-cı ildə Olimpiyadanın Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilməsini qərara alıb.
MDB və Baltik ölkələri 2020-ci il Yay Olimpiya Oyunlarına Bakının namizədliyini dəstəkləməyə çağırılıblar
MDB və Baltik ölkələri 2020-ci il Yay Olimpiya Oyunlarına Bakının namizədliyini dəstəkləməyə çağırılıblar.