...

Ombudsman Aparatının əməkdaşları 2 aprel məhkumları ilə görüşüb

Cəmiyyət Materials 20 Oktyabr 2011 17:47 (UTC +04:00)
Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında (BİT) olublar.
Ombudsman Aparatının əməkdaşları 2 aprel məhkumları ilə görüşüb

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında (BİT) olublar.

Aparatın mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, müvəkkilin nümayəndələri 2 aprel mitinqi zamanı saxlanılan və hazırda bu müəssisədə olan 14 nəfərlə, o cümlədən Arif Hacılı, Tural Abbaslı, Əhəd Məmmədli və başqaları ilə görüşüb, onların hər biri ilə təkbətək söhbət aparıb, saxlanma şəraitlərini öyrəniblər.

Söhbət aparılan şəxslər BİT-də saxlanıldıqları müddət ərzində müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən hər hansı bir zorakı rəftara məruz qalmadıqlarını, hüquqlarının pozulmadığını bildiriblər.

Eyni zamanda, həmin şəxslər barələrində aparılan istintaqdan və onların işləri üzrə çıxarılan məhkəmə qərarlarından narazılıqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti