...

Azərbaycanda istehsal edilmiş qızılın həcmi açıqlanıb

Cəmiyyət Materials 21 Oktyabr 2011 11:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda 2009-cu ildən fəaliyyət göstərən zavodda 3 tondan çox qızıl istehsal edilib. Trend-in məlumatına görə, bunu "Respublika" qəzetinə müsahibəsində ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.

Onun sözlərinə görə, Gədəbəy mis-qızıl yatağının əvvəllər balansa alınmış ehtiyyatları (6,061 ton qızıl, 71,96 ton gümüş, 4,79 min ton mis) yenidən dəyərləndirilib və 23 ton qızıl, 190 ton gümüş və 37 min ton mis hesablanıb.

Nazir qeyd edib ki, hazırda bu yatağın ehtiyatları RV İNVESTMENT şirkəti tərəfindən istismar edilir.

"Goranboy və Göygöl inzibati bölgələrinin cənub qismini ehtiva edən 400 kvadrat metr ərazidə perspektivliyi ilkin həndəsi ölçülərinə və keyfiyyət göstəricilərinə görə artıq təsbit edilmiş sahələr və zonalar ayrılıb və qızılın 360 ton, gümüşün 1120 ton proqnoz resursları hesablanıb", - Bağırov deyib.

O həmçinin qeyd edib ki, Daşkəsən filiz bölgəsində Covdar qızıl yatağının sənaye ehtiyatları 44,61 ton qızıl və 164,25 ton gümüş hesablanıb. "Hazırda bu yataqda Londex şirkəti tərəfindən dəqiq kəşfiyyat işləri həyata keçirilir", - nazir deyib.

Xəbər lenti

Xəbər lenti