...

Bu il Dövlət Sosial Müdafiə Fondunun məlumat xidmətinə 102 mindən çox müraciət daxil olub

Cəmiyyət Materials 24 Oktyabr 2011 12:42 (UTC +04:00)
Bu ilin 9 ayı ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun müasir tipli "190" nömrəli telefon məlumat xidmətinə ("Call-center") əhali tərəfindən ümumilikdə 102 278 müraciət daxil olub.
Bu il Dövlət Sosial Müdafiə Fondunun məlumat xidmətinə 102 mindən çox müraciət daxil olub

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu ilin 9 ayı ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun müasir tipli "190" nömrəli telefon məlumat xidmətinə ("Call-center") əhali tərəfindən ümumilikdə 102 278 müraciət daxil olub.

Fondun İctimaiyyətlə əlaqələr şöbəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, telefon məlumat xidmətinə daxil olan və bilavasitə operatorlara yönləndirilən sorğuların 48,2 faizi canlı rejimdə birbaşa olaraq məsləhətçi operatorlar tərəfindən cavablandırılıb. Müraciətlərin 51,8 faizi isə qeyri-iş günlərinə təsadüf edib və bu zaman suallara avtomatik olaraq elektron operator tərəfindən standart formada cavablar verilib.

Cari ilin 9 ayında "190" nömrəli telefon məlumat xidmətinə daxil olan müraciətlər arasında pensiya məsələləri üstünlük təşkil edib. Müraciətlərin 61,1 faizi bilavasitə pensiya məsələlərinə aid olub. Müraciətlərin 14,7 faizi məcburi dövlət sosial sığortasına dair sorğuları əhatə edib. Məlumat xidmətinə ünvanlanan müraciətlərin 24,2 faizi isə fərdi uçotun təşkili və digər məsələlərlə bağlı olub.

Sorğuların təhlili göstərir ki, telefon məlumat xidmətinə ünvanlanan müraciətlər daha çox maarifləndirici, sığorta-pensiya sistemindəki yeni islahatlarla bağlı ümumi məlumatların alınması xarakteri daşıyıb.

Telefon məlumat xidməti canlı və avtomatik rejimdə olmaqla fasiləsiz fəaliyyət göstərir. Telefon məlumat xidmətindən istifadə qaydaları barədə məlumat və xüsusi maarifləndirici video-çarx DSMF-nin saytında (www.sspf.gov.az) yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti