...

"Xural" qəzetinin baş redaktoru barəsində cinayət işi başlanıb

Cəmiyyət Materials 25 Oktyabr 2011 15:17 (UTC +04:00)
"Xural" qəzetinin baş redaktoru barəsində cinayət işi başlanıb.
"Xural" qəzetinin baş redaktoru barəsində cinayət işi başlanıb

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

"Xural" qəzetinin baş redaktoru barəsində cinayət işi başlanıb.

Ədliyyə Nazirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarlarını qərəzli şəkildə icra etmədiyinə görə "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı barəsində Cinayət Məsəlləsinin 306.2-ci maddəsi ilə cinayət işi başlanıb və istintaq aparılır.

Nazirlikdən bildirilib ki, vətəndaşların şərəf və ləyaqətini ləkələyən, nüfuzuna xələl gətirən, böhtan xarakterli, təhqir və əsassız ittihamlarla dolu məlumatların dərc olunmasına görə "Xural" qəzetinə qarşı məhkəmələrdə dəfələrlə iddialar qaldırılaraq qərarlar çıxarılıb və icraya yönəldilib.

"Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı vətəndaş Hümbətova Nüşabə Ələsgər qızının, "Azərbaycan" Nəşriyyatı və vətəndaş Ağabəy Əsgərovun, vətəndaş Vüqar Səfərlinin şərəf və ləyaqətini alçaldan, nüfuzuna xələl gətirən məlumatlarla bağlı təkziblərin verilməsi və onlara dəymiş mənəvi ziyana görə kompensasiyaların ödənilməsi ilə bağlı çıxarılmış 3 məhkəmə qərarının icrasından imtina edib.

Zeynallı icra məmurları tərəfindən mütəmadi olaraq rəsmi xəbərdarlıqların edilməsinə, müvafiq izahların verilməsinə və digər icra tədbirlərinin həyata keçirilməsinə, hətta 2 dəfə inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq, məhkəmə qərarlarında nəzərdə tutulan tələblərin icrasından uzun müddət boyun qaçırıb.

Bu ilin 9 ayı ərzində icradan yayınan 1200-dən çox şəxs inzibati, 164 nəfər isə cinayət məsuliyyətinə cəlb olunub.

Xəbər lenti

Xəbər lenti