...

MDU-nun Tarix fakültəsi və RAGT əməkdaşlıq haqqında müqavilə imzalayıblar

Cəmiyyət Materials 25 Oktyabr 2011 17:19 (UTC +04:00)
Moskva Dövlət Universitetinin (MDU) Tarix fakültəsi ilə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) arasında əməkdaşlıq haqqında müqavilənin imzalanması mərasimi keçirilib.
MDU-nun Tarix fakültəsi və RAGT əməkdaşlıq haqqında müqavilə imzalayıblar

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Tarix fakültəsində Moskva Dövlət Universitetinin (MDU) Tarix fakültəsi ilə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) arasında əməkdaşlıq haqqında müqavilənin imzalanması mərasimi keçirilib. Trend-in məlumatına görə, bu barədə "Vestnik Kavkaza" saytı xəbər verir.

Müqavilə Azərbaycan tarixinin, mədəniyyətinin, Azərbaycan diasporu tarixinin öyrənilməsi sahəsində birgə tədqiqatları nəzərdə tutur.

Müqavilə "Azərbaycan: müstəqilliyin 20 ili - ölkənin gələcəyə yönəldilmiş yolu" konfransı çərçivəsində imzalanıb.

Xəbər lenti

Xəbər lenti