...

Azərbaycan Turizm İnstitutunda doktoranturaya qəbul yekunlaşıb

Cəmiyyət Materials 26 Oktyabr 2011 13:44 (UTC +04:00)
Ölkəmizdə ilk dəfə olaraq Azərbaycan Turizm İnstitutunda fəlsəfə doktoru adı almaq üçün dissertanturaya sənəd verən namizədlərin imtahanla seçimi başa çatıb.
Azərbaycan Turizm İnstitutunda doktoranturaya qəbul yekunlaşıb

Azərbaycan, Bakı, 26 oktyabr / Trend, müxbir İ.İsabalayeva/

Ölkəmizdə ilk dəfə olaraq Azərbaycan Turizm İnstitutunda fəlsəfə doktoru adı almaq üçün dissertanturaya sənəd verən namizədlərin imtahanla seçimi başa çatıb.

İnstitutdan çərşənbə günü Trend-ə verilən məlumata görə, qəbul zamanı ixtisas uyğunluğu, xarici dil bilmə qabiliyyəti nəzərə alınıb.

Bununla yanaşı, namizədlərin fəaliyyətinə müvafiq apardığı tədqiqatları şərtləndirən elmi məqalələrin, eləcə də çıxış üçün təqdim olunmuş materialların dərci, müxtəlif konfranslarda iştirakı, elmi pedaqoji fəaliyyəti əsas göstəricilər hesab olunub.

ATİ-yə doktorantura proqramı üzrə sənəd verən namizədlərdən 9-u əyani və qiyabi şöbəyə, 7-si isə dissertanturaya qəbul olunub.

Xəbər lenti

Xəbər lenti