Azərbaycan, Bakı, 26 oktyabr /Trend/
Gənclər üçün Təhsil Mərkəzi Türkiyənin Van əyalətində baş vermiş dəhşətli zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla əlaqədar olaraq Türkiyənin Azərbaycandakı səfirliyinə rəsmi məktub ünvanlayıb.
Mərkəzdən çərşənbə günü Trend-ə verilən məlumata görə, məktubda faciə ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirinə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş türk xalqına dərin hüznlə başsağlığı verilib. Eyni zamanda, zəlzələ nəticəsində yaralananların və xəsarət alanların tezliklə sağalması arzu edilib.