...

"Günəşli" yatağında bədbəxt hadisə baş verib, ölənlər var

Cəmiyyət Materials 31 Oktyabr 2011 12:06 (UTC +04:00)
"Azneft" İstehsalat Birliyinin "28 May" Neft və Qazçıxarma İdarəsi tərəfindən istismar olunan "Günəşli" yatağında yerləşən 3 saylı dərin dəniz özülündəki 125 saylı quyuda əsaslı təmir işləri zamanı bədbəxt hadisə baş verib.
"Günəşli" yatağında bədbəxt hadisə baş verib, ölənlər var

Azərbaycan, Bakı, 31 oktyabr / Trend müxbir M.Əliyev/

"Azneft" İstehsalat Birliyinin "28 May" Neft və Qazçıxarma İdarəsi tərəfindən istismar olunan "Günəşli" yatağında yerləşən 3 saylı dərin dəniz özülündəki 125 saylı quyuda əsaslı təmir işləri zamanı bədbəxt hadisə baş verib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) rəsmi saytında bildirilir.

NQÇİ-nin qazmaçısı Gözəlov Nəhmət Absalam oğlu və qazmaçı köməkçisi Qazıyev Fikrət Əziz oğlu hadisə zamanı aldıqları xəsarətdən dünyasını dəyişiblər.

"Əsaslı təmir işləri NQÇİ-nin əməkçiləri tərəfindən aparılan gündəlik istehsalat proseslərindəndir və bu proseslər zamanı riayət olunmalı əməyin mühafizəsi qaydaları işçilərə yaxşı məlumdur", - ARDNŞ-nin məlumatında bildirilir.

İlkin araşdırmalar göstərib ki, əsaslı təmir işləri zamanı bütün işçilər, o cümlədən Gözəlov və Qazıyev lazımi fərdi mühafizə vasitələrindən istifadə ediblər.

Hadisə ilə əlaqədar Dövlət Əmək Müfəttişliyi, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və ARDNŞ-nin müvafiq qurumlarının nümayəndələrindən ibarət birgə komissiya yaradılıb.

Hadisənin səbəbləri araşdırılır.

Xəbər lenti

Xəbər lenti