...

Azərbaycan sinoptikləri meteohəssas insanlara xəbərdarlıq edib

Cəmiyyət Materials 3 Noyabr 2011 13:48 (UTC +04:00)
Azərbaycan sinoptikləri meteohəssas insanlara xəbərdarlıq edib
Azərbaycan sinoptikləri meteohəssas insanlara xəbərdarlıq edib

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan sinoptikləri meteohəssas insanlara xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən cümə axşamı Trend-ə bildiriblər ki, noyabrın 4-5-də Bakıda və Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli olsa da, nisbi rütubətin normadan bir qədər yüksək olması bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Bakıda və Abşeron yarımadasında noyabrın 4-də hava şəraitinin buludlu olacağı, gecə və səhər bəzi yerlərdə az yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 6-11, gündüz 12-15 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında noyabrın 4-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 4-9, gündüz 13-18, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 4-9 dərəcə şaxta təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti