...

Bakıda Beynəlxalq Təhsil Sərgisi keçirilir

Cəmiyyət Materials 5 Noyabr 2011 12:59 (UTC +04:00)
Kaspi Təhsil Mərkəzinin təşkilatçılığı ilə Bakıda şənbə günü IV Beynəlxalq Təhsil Sərgisi keçirilir.
Bakıda Beynəlxalq Təhsil Sərgisi keçirilir

Azərbaycan, Bakı, 5 noyabr / Trend müxbir İ.İsabalayeva/

Kaspi Təhsil Mərkəzinin təşkilatçılığı ilə Bakıda şənbə günü IV Beynəlxalq Təhsil Sərgisi keçirilir. Trend-in məlumatına görə, sərginin açılış mərasimində çıxış edən təhsil nazirinin müavini Qulu Novruzov bildirib ki, sərginin keçirilməsində məqsəd yerli tələbələri xaricdə təhsil imkanları barədə məlumatlandırmaqdır.

Nazir müavini deyib ki, sərgidə 10-a yaxın ölkədən 50-yə yaxın universitet təmsil olunur.

Belə sərgilərin keçirilməsinin Azərbaycan gəncləri üçün olduqca əhəmiyyətli olduğunu bildirən Novruzov gəncləri bu sərginin verdiyi imkanlardan istifadə etməyə çağırıb.

"Ümid edirəm ki, gənclər bu sərginin köməyi ilə öz maraqları çərçivəsində imkanlarını bir daha araşdıracaqlar. Mən gənclərə tövsiyə edərdim ki, Azərbaycan üçün lazım olan, zəruri olan sahələr üzrə özlərinə ixtisaslar seçsinlər", - nazir müavini deyib.

Xəbər lenti

Xəbər lenti