...

Bakının bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Cəmiyyət Materials 10 Noyabr 2011 12:31 (UTC +04:00)
Macarıstan Prezidenti Pall Şmittin Azərbaycana rəsmi səfəri ilə bağlı bu gün saat 16:00-dan Bakının bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
Bakının bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir E.Mehdiyev/

Macarıstan Prezidenti Pall Şmittin Azərbaycana rəsmi səfəri ilə bağlı bu gün saat 16:00-dan Bakının bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə cümə axşamı Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.

Əsədovun sözlərinə görə, qonaqların təhlükəsizliyini təmin etmək məqsədilə bu gün saat 16:00-dan Aeroport şossesi, Heydər Əliyev, Azadlıq prospektləri, 10-ci zavod dairəsi, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Rəsul Rza küçələri, Zərifə Əliyeva, Neftçilər prospektləri, "Azneft" meydanı, Niyazi, İstiqlaliyyət, Lermontov, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Parlament prospekti, Mikayıl Müşfiq küçəsi və Badamdar qəsəbəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində fasilələrlə məhdudiyyət olacaq.

Noyabrın 11-i saat 08:00-dan 19:00-dək isə "Azneft" meydanı, Neftçilər prospekti, Yusif Səfərov, Niyazi küçələri, Heydər Əliyev prospekti, Aeroport şossesi və Şəhidlər Xiyabanı istiqamətində nəqliyyatın hərəkətinə fasilələrlə məhdudiyyət qoyulacaq.

Əsədov sürücüləri adıçəkilən yollardan mümkün qədər az istifadə etməyə, paytaxt sakinlərini mümkün qədər ictimai nəqliyyata üstünlük verməyə çağırıb.

Şmittin Azərbaycana səfəri bu gün başlayır və səfər noyabrın 12-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti