Azərbaycan, Bakı, 12 noyabr / Trend müxbir M.Əliyev/
Azərbaycan Müdafiə Nazirliyinə aid hərbi hissələrdə noyabrın 14-dən qış geyim formasına keçiriləcək. Bu barədə şənbə günü Trend-in sorğusunu cavablandırarkən Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev deyib.
Abdullayevin sözlərinə görə, qış geyim formasına keçidlə bağlı nazirin xüsusi əmri olub.
Əmrə əsasən, həmçinin hava şəraitindən asılı olaraq göstərişə uyğun qış geyim formasına göstərilən vaxtdan əvvəl keçirilməsinə icazə verilir.