Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Sinoptiklər sabah Azərbaycan ərazisində mülayim hava şəraiti vəd edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən çərşənbə axşamı Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında noyabrın 16-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı, axşam buludluluğun artacağı gözlənilir.
Mülayim cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-6 dərəcə isti, gündüz 7-9 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında noyabrın 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, Lənkəran-Astara zonasının bəzi yerlərində az yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 18-23 dərəcə şaxta təşkil edəcək.
Sinoptiklər sabah Azərbaycan ərazisində mülayim hava şəraiti vəd edir
Sinoptiklər sabah Azərbaycan ərazisində mülayim hava şəraiti vəd edir
