...

Ümumdünya Turizm Təşkilatının baş katibi: Azərbaycanda turizm infrastrukturu yüksək səviyyədə inkişaf edir

Cəmiyyət Materials 15 Noyabr 2011 13:12 (UTC +04:00)
Son 5 ildə aparılan islahatlar nəticəsində Azərbaycan açıq ölkə olub. 2011-ci ilin birinci yarısında Azərbaycanda turistlərin sayı 15 faizdən çox artıb.
Ümumdünya Turizm Təşkilatının baş katibi: Azərbaycanda turizm infrastrukturu yüksək səviyyədə inkişaf edir

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Son 5 ildə aparılan islahatlar nəticəsində Azərbaycan açıq ölkə olub. 2011-ci ilin birinci yarısında Azərbaycanda turistlərin sayı 15 faizdən çox artıb. Bu, Azərbaycan üçün gözəl nəticədir. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Bakıda Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşündə Ümumdünya Turizm Təşkilatının (ÜTT) baş katibi Taleb Rifai deyib.

Rifainin sözlərinə görə, Azərbaycanda turizm infrastrukturu yüksək səviyyədə inkişaf edir, hotellər tikilir. Onların keyfiyyəti çox gözəldir.

"Azərbaycanda 500-dən çox hotel var. Ölkədə Şahdağ Qış-Yay Turizm Kompleksinin tikilməsi ölkənin turizm infrastrukturunu bir növ tamamlayır. Bu sahədə Azərbaycan Ümumdünya Turizm Təşkilatı ilə iki cür əməkdaşlıq edə bilər. Birincisi, Azərbaycanın müəyyən mütəxəssisləri ÜTT ofisində hazırlıq keçə bilərlər. İkincisi isə, ÜTT-nin mütəxəssisləri Azərbaycanın Turizm İnistitutunda treninqlər keçə bilərlər", - baş katib bildirib.

Nazir Əbülfəs Qarayev isə əməkdaşlıqdan məmnun olduğunu deyib.

Qarayev qeyd edib ki, ÜTT-nin baş katibinin səfərindən sonra əməkdaşlıq daha da inkişaf edəcək.

Dünəndən Ümumdünya Turizm Təşkilatının (ÜTT) baş katibi Taleb Rifainin Azərbaycana səfəri başlayıb.

Noyabrın 16-da Azərbaycan Turizm İnstitutunda Taleb Rifaiyə ATİ-nin "Fəxri doktoru" adının verilməsi münasibətilə tədbir keçiriləcək.

Xəbər lenti

Xəbər lenti