...

Azərbaycanda əmək pensiyası alanların çoxu qadınlardır

Cəmiyyət Materials 17 Noyabr 2011 12:08 (UTC +04:00)
Azərbaycanda əmək pensiyası alan şəxslərin çoxu qadınlardır.
Azərbaycanda əmək pensiyası alanların çoxu qadınlardır

Azərbaycan, Bakı, 17 noyabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanda əmək pensiyası alan şəxslərin çoxu qadınlardır.

Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev cümə axşamı Trend-ə bildirib ki, bu il oktyabrın 1-nə olan statistikaya əsasən, Azərbaycanda 1 279 422 nəfər əmək pensiyası alır. Onların 496 248 nəfəri kişi, 783 174 nəfəri qadındır. Onlardan əlilliyə görə əmək pensiyası alan şəxslərin sayı 330 828 nəfər, yaşa görə əmək pensiyası alanların sayı 815 239 nəfər təşkil edir. Ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərin sayı isə 133 355 nəfərdir.

Bu ilin 3-cü rübü ərzində yeni təyin olunmuş əmək pensiyaçılarının sayı 10 038 nəfər təşkil edib. Rüb ərzində yeni təyin edilmiş pensiyaların orta aylıq məbləği isə 163,9 manat olub.

Əmək pensiyası "Əmək pensiyaları haqqında" qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunan şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara verilən aylıq pul ödənişidir. Əmək pensiyasının 3 növü (yaşa, əlilliyə, ailə başçısını itirməyə görə) növü var.

Xəbər lenti

Xəbər lenti