...

Budapeştdə Fərhad Bədəlbəylinin konserti olub (FOTO)

Cəmiyyət Materials 19 Noyabr 2011 20:25 (UTC +04:00)
Cümə günü Budapeştdəki “Duna Palota” sarayında Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin konserti olmuşdur.
Budapeştdə Fərhad Bədəlbəylinin konserti olub (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

Cümə günü Budapeştdəki "Duna Palota" sarayında Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin konserti olmuşdur. Tanınmış piano ustası Macarıstan paytaxtının "Dunay" simfonik orkestri ilə birlikdə Fikrət Əmirovun "Ərəb mövzusunda fortepiano ilə orkestr üçün konsertini" və Azərbaycan bəstəkarlarının digər əsərlərini ifa etmişdir. Bu barədə şənbə günü Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə bildirilib.

Macar ictimaiyyəti nümayəndələrinin və diplomatik korpus təmsilçilərinin iştirak etdikləri konsert böyük uğurla keçmiş, Fərhad Bədəlbəyli tamaçaçıların kəsilməyən alqış sədaları altında dönə-dönə səhnəyə qayıtmalı olmuşdur. Macarıstandakı Azərbaycan Səfirliyinin təşəbbüsü ilə baş tutan konsert ölkəmizdə dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr edilmişdir.

Budapeştdə olduğu günlərdə Fərhad Bədəlbəyli eyni zamanda Ferents List adına Musiqi Akademiyasının rəhbərliyi ilə görüşlər keçirmiş, iki ali məktəb arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparmışdır.

Xəbər lenti

Xəbər lenti