...

Respublika stadionunda aparılan yenidənqurma işləri mart ayında başa çatacaq

Cəmiyyət Materials 23 Noyabr 2011 16:26 (UTC +04:00)
Tofiq Bəhramov adına Respublika stadionunda gedən yenidənqurma işlərinin mart ayının ortalarında başa çatması gözlənilir.
Respublika stadionunda aparılan yenidənqurma işləri mart ayında başa çatacaq

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir E.Mehdiyev/

Tofiq Bəhramov adına Respublika stadionunda gedən yenidənqurma işlərinin mart ayının ortalarında başa çatması gözlənilir. Bunu çərşənbə günü Trend-ə Gənclər və İdman Nazirliyinin tikilməkdə olan obyektlər müdiriyyətinin direktoru Leysan Məmmədov bildirib.

Onun sözlərinə gorə, stadionun yenidən qurulması ilə bağlı işlər davam edir. Hazırda stadionda dəmir-beton işləri gedir. Digər materiallar Koreya Respublikasından sifariş verilib.

"Materialların bir hissəsi artıq Azərbaycana çatıb, qalan hissəsi isə yaxın vaxtlarda çatdırılacaq", - Məmmədov deyib.

O qeyd edib ki, stationun tribunasının üstü bağlanır, əlavə tribuna tikilir, soyunub-geyinmə otaqları və digər otaqlar yenidən qurulur, oturacaqlar və stadionun ot hissəsi dəyişdirilir, drenaj sistemi yenidən qurulacaq və bir çox işlər aparılacaq.

Xəbər lenti

Xəbər lenti