...

Bakıda istirahət günü şaxtalı hava şəraiti hökm sürəcək

Cəmiyyət Materials 26 Noyabr 2011 12:51 (UTC +04:00)
Sabah Bakıda gecə şaxtalı hava şəraiti hökm sürəcək
Bakıda istirahət günü şaxtalı hava şəraiti hökm sürəcək

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Sabah Bakıda gecə şaxtalı hava şəraiti hökm sürəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən şənbə günü Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında noyabrın 27-də hava şəraitinin buludlu, gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-3 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında noyabrın 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şərq rayonlarında yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 1-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 20-25 dərəcə şaxta təşkil edəcək

Xəbər lenti

Xəbər lenti