...

Norveçli terrorçu Breyvikin ruhi xəstə olduğu təsdiqləndi

Cəmiyyət Materials 29 Noyabr 2011 17:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

Norveç terrorçusu Anders Breyvikin ruhi xəstə olduğu təsdiqlənib. Bu isə o deməkdir ki, kütləvi qətl törətmiş cani cəzadan qurtula bilər. Bu barədə Trend RBK agentliyinə istinadən xəbər verir.

"Breyvik paranoidal-şizofreniya xarakterli xəstəlikdən əziyyət çəkir. Ekspertlər müəyyən ediblər ki, o, özünü tampliyer cəngavəri hesab edərək adamları sevdiyinə görə qətllər törədir", - Osloda dövlət ittihamçısı tərəfindən oxunan sənəddə deyilir.

Psixiatrik ekspertiza müəyyən edib ki, Breyvik səhhətinə görə məhkəmə qarşısında dayana bilməz. Ekspertlər terror aktları zamanı və mütəxəssislərlə sonralar aparılan söhbətlər zamanı onun davranışını təhlil edərək belə qənaətə gəliblər.

Xatırladaq ki, iyulun 22-də Anders Breyvik Norveç tarixində iki ən qanlı terror hadisəsi törədib. Əvvəlcə o, Oslonun mərkəzində Baş nazirin dəftərxanasının yerləşdiyi hökumət binaları kompleksinin yanında partlayış törədib, iki saatdan sonra isə ölkə paytaxtının yaxınlığında yerləşən Uteyya adasındakı Norveçin hakim İşçi Partiyasının gənclər düşərgəsində atəş açıb. "Norveç atıcısı"nın əlində həlak olanların ümumi sayı 77 nəfər təşkil edir.

Xəbər lenti

Xəbər lenti