...

Bakının bəzi rayonlarında suyun verilməsində fasilələr olacaq

Cəmiyyət Materials 30 Noyabr 2011 11:40 (UTC +04:00)
Noyabrın 30-u və dekabrın 1-də Bakının Yasamal, həmçinin Nəsimi və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsində müəyyən fasilələr olacaq.
Bakının bəzi rayonlarında suyun verilməsində fasilələr olacaq

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

Noyabrın 30-u və dekabrın 1-də Bakının Yasamal, həmçinin Nəsimi və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsində müəyyən fasilələr olacaq. Bu barədə Trend-ə "Azərsu" ASC-dən məlumat verilib.

Yasamal rayonunda suyun verilməsində fasilə rayon ərazisində məhəllədaxili şəbəkələrin Mətbuat prospektindən M.Müşfiq küçəsinə qədər çəkilmiş magistral kəmərə qoşulması işləri ilə əlaqədardır.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Xəbər lenti

Xəbər lenti