Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda ayrı-ayrı qruplar var ki, dindən siyasi və şəxsi məqsədləri üçün istifadə edirlər. Trend-in məlumatına görə, bunu çərşənbə günü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində keçirilən tədbirdə komitə sədri Hidayət Orucov deyib.
"Bizdə din dövlətdən ayrıdır. Ona görə ayrıdır ki, din siyasiləşməsin, hansısa maraqlara xidmət etməsin", - Orucov deyib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində çərşənbə günü dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı ilə məşğul olacaq 15 ixtisaslaşdırılmış satış məntəqəsinə lisenziya verilib.