...

Azərbaycanda peşə təhsilinə maraq artıb - nazir

Cəmiyyət Materials 5 Dekabr 2011 14:11 (UTC +04:00)
Azərbaycanın təhsil sistemində peşə təhsili ən çox problemi olan sahədir. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib.
Azərbaycanda peşə təhsilinə maraq artıb - nazir

Azərbaycan, Bakı, 5 dekabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanın təhsil sistemində peşə təhsili ən çox problemi olan sahədir. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib.

Onun sözlərinə görə, peşə təhsili uzun müddət diqqətdən kənarda qalıb.

"Yalnız son illərdə ölkə Prezidenti bu sahəyə diqqəti artırmaqla bağlı tapşırıq verdikdən sonra peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı təsdiqlənib. Bu proqram çərçivəsində müəyyən addımlar atılıb. Amma hələlik biz böyük bir işin başlanğıcındayıq", - nazir qeyd edib.

Hazırda Azərbaycanda peşə təhsilinin təhsil sahəsinin prioritetlərdən biri olduğunu deyən Mərdanov bildirib ki, Dövlət Proqramı təsdiqləndikdən sonra bu sahəyə maraq xeyli artıb.

Nazir hesab edir ki, artıq Azərbaycanda fəaliyyət göstərən şirkətlər bu sahəyə çox maraq göstərirlər.

"Düşünürəm ki, kiçik layihələr həyata keçirməklə bu sahənin qismən də olsa, inkişafına nail ola bilərik. Amma böyük layihələr hələ qabaqdadır, biz onları gözləyirik. Hesab edirəm ki, Azərbaycanda Milli Təhsil Strategiyası ölkə Prezidenti tərəfindən təsdiqləndikdən sonra böyük layihələri həyata keçirmək imkanı yaranacaq", - Mərdanov əlavə edib.

Xəbər lenti

Xəbər lenti