...

Azərbaycanda kolleclərdə müəllim hazırlığının dayandırılacağı gözlənilir

Cəmiyyət Materials 9 Dekabr 2011 13:49 (UTC +04:00)
Azərbaycanda gələcəkdə orta ixtisas təhsili bazasında pedaqoji kadr hazırlığı dayandırıla bilər. Bu məsələ Təhsil Nazirliyinin qarşıda duran vəzifələri sırasına daxil edilib.
Azərbaycanda kolleclərdə müəllim hazırlığının dayandırılacağı gözlənilir

Azərbaycan, Bakı, 9 dekabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanda gələcəkdə orta ixtisas təhsili bazasında pedaqoji kadr hazırlığı dayandırıla bilər. Bu məsələ Təhsil Nazirliyinin qarşıda duran vəzifələri sırasına daxil edilib.

Nazirlikdən cümə günü Trend-ə bildirilib ki, bu məsələ ilə bağlı hələ qərar verilməyib. Amma yeni hazırlanan Milli Təhsil Strategiyasında bu məsələnin öz əksini tapdığı bildirilir. Orta ixtisas təhsili bazasında pedaqoji kadr hazırlığının dayandırılmasının səbəbi ölkədə müəllim hazırlığı ilə məşğul olan ali təhsil müəssisələrinin sayının kifayət qədər olması ilə əlaqələndirilir.

Azərbaycanda 57-si dövlət, 3-ü qeyri-dövlət olmaqla 60 orta ixtisas təhsili məktəbi fəaliyyət göstərir. Onlardan 46-sı Təhsil Nazirliyinin tabeliyindədir.

Kolleclərdən 16-sı texniki və texnoloji, 18-i iqtisadiyyat və humanitar, 6-sı pedaqoji, 10-u mədəniyyət və incəsənət, 7-si tibb profillidir.

Xəbər lenti

Xəbər lenti