...

Azərbaycanın dövlət rabitə operatoru stasionar rabitəyə qoşulmanı avtomatlaşdırır

Cəmiyyət Materials 10 Dekabr 2011 15:53 (UTC +04:00)
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirlyi "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi stasionar rabitə xidmətlərinə qoşulma prosesini avtomatlaşdırır.
Azərbaycanın dövlət rabitə operatoru stasionar rabitəyə qoşulmanı avtomatlaşdırır

Azərbaycan, Bakı, 10 dekabr / Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirlyi "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi stasionar rabitə xidmətlərinə qoşulma prosesini avtomatlaşdırır. Trend-in məlumatına görə, bu barədə şənbə günü nazirliyin məlumatında deyilir.

İdarənin məlumatına görə, işlər "Elektron Azərbaycan" dövlət proqramı çərçivəsində reallaşdırılır.

"Bakı Telefon Rabitəsi"nin saytında göstəriləcək elektron xidmətlər əhaliyə stasionar telefon xətlərinə qoşulmaq üzrə sənədlərin verilməsinin mümkünlüyünü nəzərdə tutur.

İstifadəçi yaşadığı ərazidə mövcud olan müvafiq telekommunikasiya qovşağını seçməli, elektron ərizəni doldurmalı və plastik kart vasitəsilə xidmətin dəyərini ödəməlidir.

Xəbər lenti

Xəbər lenti