...

Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımla bağlı Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə sənədlər hazırlanıb

Cəmiyyət Materials 17 Dekabr 2011 10:38 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlarla bağlı Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinə təqdim olunması üçün istintaqı aparılacaq sənədləri hazırlayıb
Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımla bağlı Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə sənədlər hazırlanıb

Azərbaycan, Bakı, 17 dekabr / Trend müxbir M.Əliyev/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlarla bağlı Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə təqdim olunması üçün istintaqı aparılacaq sənədləri hazırlayıb. Bu barədə şənbə günü Trend-ə AMEA Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov bildirib.

Mahmudov qeyd edib ki, Tarix İnstitutunun hazırladığı sənədlər Baş Prokurorluq tərəfindən istintaq edildikdən sonra Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinə təqdim olunacaq.

Onun sözlərinə görə, dörd cilddə hazırlanan sənədlərdə ermənilərin törətdiyi cinayət faktları toplanılıb.

"İnstitut olaraq sənədlərin hamısını çıxarıb cildlədik, indi o sənədlər əsasında istintaq araşdırmaları gedəcək", - Mahmudov deyib.

Onun sözlərinə görə, sənədlər tək Azərbaycandan deyil, bir sıra əcnəbi ölkələrdən də toplanılıb.

Tarixçi alim bildirib ki, sənədlərdə Bakı Quberniyasında Stepan Şaumyanın başçılıq etdiyi quldur dəstəsinin törətdiyi soyqırımla yanaşı, ermənilərin Azərbaycanın digər ərazilərində də törətdiyi vəhşiliklər əksini tapıb.

Soyqırım sənədlərinin toplanıb istintaqa cəlb olunması üçün AMEA-nın Tarix İnstitutu ilə Baş Prokurorluq tərəfindən 2010-cu ilin may ayında birgə elmi istintaq araşdırma qrupu yaradılıb.

1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək, ermənilərin Azərbaycan torpaqlarına kütləvi surətdə köçürülməsi həyata keçirildi. Bu proseslər zamanı

İrəvan, Naxçıvan və Qarabağ xanlıqları ərazilərində məskunlaşdırılan ermənilərin orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında "erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. "Böyük Ermənistan" ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına "bəraət qazandırmaq məqsədilə" erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi.

Xəbər lenti

Xəbər lenti