...

BƏƏ-dəki azərbaycanlılar Fransa parlamentinə müraciət ediblər

Cəmiyyət Materials 19 Dekabr 2011 13:25 (UTC +04:00)
BƏƏ-dəki azərbaycanlılar Fransa parlamentinə müraciət ediblər
BƏƏ-dəki azərbaycanlılar Fransa parlamentinə müraciət ediblər

Azərbaycan, Bakı, 19 dekabr / Trend müxbir M.Əliyev/

Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov Fransa Senatının prezidenti Jan Pyer Belə və Milli Assambleyanın sədri Bernar Akoyerə bu ölkənin parlamentində qondarma "erməni soyqırımı" ilə bağlı qanun layihəsi ətrafında müzakirələrin aparılması ilə bağlı etiraz məktubu ünvanlayıb. Trend-in məlumatına görə bu barədə bazar ertəsi Diasporla iş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Məktubda Fransa parlamentində qondarma "erməni soyqırımı" ilə bağlı qanun layihəsi ətrafında müzakirələrin dayandırılması tələb olunur.

"Biz, Ərəb körfəzi ölkələrində yaşayan azərbaycanlılar Fransa Parlamenti üzvlərini qondarma "erməni soyqırımı" ilə bağlı qanun layihəsi ətrafında müzakirələrin aparılmasına son qoyulmasına çağırırıq. Biz əminik ki, bu müzakirələrin aparılması bəzi parlament üzvlərinin öz şəxsi maraqları xatirinə başladıqları təşəbbüsdür və bunu təəssüf hissi ilə qeyd edirik. Biz Fransa parlamenti üzvlərinə qondarma "erməni soyqırımı" əvəzinə 20 il əvvəl ermənilərin törətdiyi Xocalı soyqırımı məsələsini müzakirə etməyi tövsiyə edirik", - məktubda qeyd olunub.

Məktubda Ərəb körfəzi ölkələrində yaşayan azərbaycanlıların Frana parlamentindəki müzakirələri qətiyyətlə pislədiyi vurğulanır və müzakirələrin davam etdiriləcəyi təqdirdə dünyadakı 100 milyonlarla azərbaycanlı və türkün Fransanın xarici siyasətinə qarşı kampaniyaya başlayacağı bildirilir.

Xəbər lenti

Xəbər lenti