...

Azərbaycanda narkotik vasitələri cəzaçəkmə müəssisəsinə keçirmək cəhdinin qarşısı alınıb (FOTO)

Cəmiyyət Materials 21 Dekabr 2011 18:32 (UTC +04:00)
Penitensiar Xidmətin və 2 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən növbəti dəfə müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı qətiyyətlə alınıb.
Azərbaycanda narkotik vasitələri cəzaçəkmə müəssisəsinə keçirmək cəhdinin qarşısı alınıb (FOTO)

Azərbaycan, Bakı, 21 dekabr /Trend/

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin və 2 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən növbəti dəfə müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı qətiyyətlə alınıb.

Trend-in Xidmətin saytına istinadən yaydığı məlumata görə, 21.12.2011-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1978-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29; 120.1 maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Abdullayev Mahir Abdulalı oğlunun yanına gəlmiş qardaşı oğlu, vətəndaş Abdullayev Səfa İsa oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman qara rəngli "SYOSS" markalı şampun qabının içərisində gizlədilmiş 4 ədəd selofana bükülmüş, çəkisi 4,276 qram olan narkotik maddə - "heroin" və 3,07 qram olan narkotik maddə - "marixuana" aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti