...

Sulutəpədə iki avtomobil toqquşub

Cəmiyyət Materials 23 Dekabr 2011 23:02 (UTC +04:00)
Bu gün axşam saatlarında Binəqədi rayonunun Sulutəpə qəsəbəsinin yolunda “Mercedes” və “VAZ-2107” markalı iki avtomobil toqquşub.
Sulutəpədə iki avtomobil toqquşub

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün axşam saatlarında Binəqədi rayonunun Sulutəpə qəsəbəsinin yolunda "Mercedes" və "VAZ-2107" markalı iki avtomobil toqquşub.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov cümə günü Trend-ə bildirib ki, hadisə yerində sürücülərin olmadığından və dövlət nömrə nişanlarının açıldığından hadisə təfərrüatları barədə məlumat almaq mümkün olmayıb.

Hadisə zamanı hər iki avtomobilə ciddi ziyan dəyib. Yol qəzası nəticəsində ölüm və ya xəsarətin olub-olmaması barədə də hələ məlumat yoxdur.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsi və həmin rayonun Yol Polis İdarəsi aradışma ararır.

Xəbər lenti

Xəbər lenti