...

Gəncədə 50 mininci ağac əkilib

Cəmiyyət Materials 24 Dekabr 2011 10:59 (UTC +04:00)
Gəncədə dahi söz ustası Nizami Gəncəvinin məqbərəsi ətrafında keçirilən növbəti aksiyada 50 mininci ağac əkilib
Gəncədə 50 mininci ağac əkilib

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

Gəncədə dahi söz ustası Nizami Gəncəvinin məqbərəsi ətrafında keçirilən növbəti aksiyada 50 mininci ağac əkilib.

Gəncə şəhər İcra Hakimiyyətindən şənbə günü Trend-ə bildiriblər ki, Prezident İlham Əliyevin doğum günü ilə əlaqədar keçirilən aksiyaya şəhərdəki əksər idarə və təşkilat kollektivləri, ali təhsil müəssisələrinin tələbələri qatılıblar.

Növbəti 50 min ağacın ulu öndər Heydər Əliyevin adını daşıyan və ərazisi 360 hektar olan parkda əkilməsi nəzərdə tutulub.

Ümumilikdə isə yay mövsümünə kimi Gəncədə 100 min ağacın əkilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti