...

Olimpiyaqabağı ildə azərbaycanlı gimnastlar 172 medal qazanıblar

Cəmiyyət Materials 27 Dekabr 2011 12:52 (UTC +04:00)
Yola salmaqda olduğumuz 2011-ci ildə azərbaycanlı gimnastlar 172 medal qazanıblar. Onlardan 51-i qızıl, 53-ü gümüş və 68-i bürüncdür.
Olimpiyaqabağı ildə azərbaycanlı gimnastlar 172 medal qazanıblar

Azərbaycan, Bakı, 27 dekabr /Trend /

Yola salmaqda olduğumuz 2011-ci ildə azərbaycanlı gimnastlar 172 medal qazanıblar. Onlardan 51-i qızıl, 53-ü gümüş və 68-i bürüncdür. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin məlumatında deyilir.

Ən qiymətli mükafat Aliyə Qarayevanın Monpolyedəki dünya çempionatında çoxnövçülük üzrə finalda əldə etdiyi bürünc medaldır. Tərkibində Lalə Yusifova, Aişə Mustafayeva, Aynur Cabbarlı, Mənsurə Bağıyeva, Siyana Vasilyeva və Səbinə Qaratayevanın olduğu yeniyetmələrdən ibarət qrup komandasının Minskdə keçirilən Avropa çempionatının finalında 5 gürzlə çıxış üzrə 3-cü yeri tutması da az əhəmiyyət daşımır.

Yeniyetmə Ləman Hacızadənin əldə etdiyi böyük uğurların nəticəsi 26 müxtəlif əyarlı mükafatların dəstidir. Onun mükafatlarının sayı milli komandanın lideri Qarayevadan (5 qızıl, 3 gümüş və 17 bürünc), digər perspektivli yeniyetmə gimnast , 9-6-10 göstəricinə malik Gülsüm Şəfizadədən bir medal çoxdur.

12 yaşlı Ləman qızıl və gümüş mükafatların sayına görə də liderlik edir - müvafiq olaraq 15 və 8.

Ümumilikdə isə medallar 28 gimnast və 4 qrup komandası tərəfindən əldə olunub.

İlə Azərbaycanın Gənclər və İdman Nazirliyi yekun vurub. Bir il əvvəl olduğu kimi, ölkənin ən yaxşı idmançıları onluğuna başqaları ilə yanaşı, yenidən gimnast Aliyə Qarayeva da daxil olub. O, London-2012 Olimpiya Oyunları üzrə lisenziya mundialına bürünc medalla daxil olub.

Xəbər lenti

Xəbər lenti