Azərbaycan, Bakı, 28 dekabr /Trend/
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011-ci il üzrə tələbə qəbulunun nəticələri əsasında ali məktəblərin reytinq cədvəlini müəyyənləşdirib.
TQDK sədri Məleykə Abbaszadə bu gün 2011-ci il üzrə tələbə qəbulunun nəticələrinə həsr olunan tədbirdə bildirib ki, reytinq cədvəlində ilk yeri Dövlət İdarəçilik Akademiyası, ikinci yeri Azərbaycan Tibb Universiteti tutub. Sonrakı yerləri isə Azərbaycan Dillər Universiteti, Dövlət Neft Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Turizm İnstitutu, Naxçıvan Dövlət Universiteti və Bakı Slavyan Universiteti tutur.
Ötən ildə olduğu kimi, yenə də ən yüksək keçid balları Dövlət İdarəçilik Akademiyası və Qafqaz Universitetinin ixtisasları üzrə olub. Ən aşağı keçid balı isə Azərbaycan bölməsində Azərbaycan Dövlət Aqrar Uiversitetinin zootexniklik ixtisası, rus bölməsində isə həmin ali məktəbin aqronomluq ixtisası üzrə olub.