...

16 min belçikalı kazinoya getmələrinin qadağan olunmasını xahiş edib

Cəmiyyət Materials 4 Yanvar 2012 14:19 (UTC +04:00)
Qumar oyunlarından asılılıqdan əziyyət çəkən təxminən 16 min belçikalı rəsmən xahiş edib ki, onların ölkə ərazisində kazino və oyun zallarına getmələrinə qadağa qoyulsun.
16 min belçikalı kazinoya getmələrinin qadağan olunmasını xahiş edib

Azərbaycan, Bakı, 4 yanvar /Trend/

Qumar oyunlarından asılılıqdan əziyyət çəkən təxminən 16 min belçikalı rəsmən xahiş edib ki, onların ölkə ərazisində kazino və oyun zallarına getmələrinə qadağa qoyulsun. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü Qumar Oyunları üzrə Komissiyanın məlumatında deyilir.

Komissiyadan bildiriblər ki, kazino və oyun zallarına buraxılmamalarını könüllü şəkildə istəyən qumar oyunlarına patoloji meyilli olan vətəndaşların sayı artır.

2011-ci ildə komissiyaya bu xahişlə təxminən 13 min nəfər müraciət edib.

Belçikada yanvarın 1-dən qüvvəyə minən qanuna əsasən, ailənin üzvlərindən birinin və ya oyun asılılığından əziyyət çəkən insanı müalicə edən həkimin sorğusu üzrə qumar oyunlarının keçirildiyi yerlərə giriş qadağan edilə bilər.

Qumar Oyunları üzrə Komissiyadan verlən məlumata əsasən, hazırda bu növ qadağa ancaq onlarla insana şamil edilib.

Komissiya oyun asılılığından əziyyət çəkən şəxslər üçün pulsuz telefon xətti açıb. Hər gün bu xəttə 5-8 zəng daxil olur.

Xəbər lenti

Xəbər lenti