...

İranlı ayətullah Facebook-da hesabın olmasını günah adlandırıb

Cəmiyyət Materials 7 Yanvar 2012 15:04 (UTC +04:00)
Yüksəkvəzifəli iranlı ayətullah Lütfulla Səfi-Gülpayqani öz həmvətənlərini Facebook sosial şəbəkəsindən istifadə etməkdən çəkinməyə çağırıb, çünki onun məzmunu islam normalarına ziddir.
İranlı ayətullah Facebook-da hesabın olmasını günah adlandırıb

Azərbaycan, Bakı, 7 yanvar / Trend/

Yüksək vəzifəli iranlı ayətullah Lütfulla Səfi-Gülpayqani öz həmvətənlərini Facebook sosial şəbəkəsindən istifadə etməkdən çəkinməyə çağırıb, çünki onun məzmunu islam normalarına ziddir. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi xəbər verir.

"Əxlaqazidd davranışları təbliğ edən və etiqadı sarsıdan istənilən sayta daxil olma islam normalarına ziddir və qadağandır, ona görə də belə cəmiyyətlərdə iştirak günahdır", - ayətullah Səfi-Gülpayqani bəyan edib.

Onun sözlərinə görə, yalnız əxlaq qaydalarına zidd hərəkətlərə meyilli olmayan dini məzmunlu saytlara daxil olmağa icazə verilir.

Xəbər lenti

Xəbər lenti