...

DSMF tərəfindən əlavə olaraq 166 402 sığortaolunana fərdi şəxsi hesab açılıb

Cəmiyyət Materials 9 Yanvar 2012 11:16 (UTC +04:00)
"2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq davam etdirilən tədbirlər nəticəsində dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiq dairəsi daha da genişlənməkdədir.
DSMF tərəfindən əlavə olaraq 166 402 sığortaolunana fərdi şəxsi hesab açılıb

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir A.Axundov/

"2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq davam etdirilən tədbirlər nəticəsində dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiq dairəsi daha da genişlənməkdədir.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqə sektorundan bazar ertəsi Trend-ə bildiriblər ki, 2012-ci il yanvarın 1-i tarixinə olan statistikaya əsasən, ötən ilin əvvəli ilə müqayisədə DSMF-da fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 9,2 faiz artıb. 2011-ci il ərzində DSMF tərəfindən əlavə olaraq 166 402 sığortaolunana sosial sığorta nömrəsi verilib və onlar üçün fərdi hesab açılıb. Nəticədə Azərbaycanda fərdi şəxsi hesaba malik sığortaolunanların sayı 1 966 854 nəfərə yüksəlib. DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 56 faizi kişi, 44 faizi isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar ümumi sığortaolunanların 479 591 nəfərini əhatə edir.

Bundan başqa, fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 417 008 nəfər, 30-40 yaşa kimi sığortaolunanlar 450 595 nəfər, 50-60 yaşa kimi sığortaolunanlar 422 966 nəfər, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 196 694 nəfərdir.

Fərdi uçot - Azərbaycan qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 1 yanvar tarixdən tətbiq olunan "Əmək pensiyaları haqqında" qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

Xəbər lenti

Xəbər lenti