...

Bakı Turizm Peşə Məktəbinə ilk şagird qəbulu başlayır

Cəmiyyət Materials 10 Yanvar 2012 14:51 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Turizm İnstitutu nəzdində 11 saylı Bakı Peşə Litseyinin bazasında yaradılmış Bakı Turizm Peşə Məktəbi 2012/2013-cü tədris ilinin birinci yarısı üçün şagird qəbuluna başlayır.
Bakı Turizm Peşə Məktəbinə ilk şagird qəbulu başlayır

Azərbaycan, Bakı, 10 yanvar / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Turizm İnstitutu nəzdində 11 saylı Bakı Peşə Litseyinin bazasında yaradılmış Bakı Turizm Peşə Məktəbi 2012/2013-cü tədris ilinin birinci yarısı üçün şagird qəbuluna başlayır.

İnstitutdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, sənədlərin qəbulu yanvarın 12-dən fevralın 12-dək aparılacaq.

Bakı Turizm Peşə Məktəbində əsasən turizm agenti, aşbaz, barmen, bufetçi, ofisiant, Milli park bələdçisi, dağ-xizək turizm növü üzrə bələdçi, bərbər (kişi və qadın), mühasib, fərdi kompyuter operatoru, əməliyyatçı mühasib, ekoloji turizm bələdçisi, kimyəvi təmziləmə aparatçısı ixtisasları üzrə kadrlar hazırlanacaq. Təhsil müddəti 1 il olmaqla dərslər Azərbaycan və rus dillərində keçiriləcək.

Qəbul qaydalarına əsasən, məktəbə Azərbaycan vətəndaşları sənəd verə bilərlər. Əsas təhsil bazasını bitirən şagirdlərə attestat verilməyəcək. Əsas təhsil bazasında şagirdlərə peşə hazırlığı ilə yanaşı, xarici dillərdən (ingilis, rus, alman, fransız, ərəb) dillərdən hər hansı biri öyrədiləcək. Qəbul zamanı xarici dilləri müəyyən səviyyədə bilənlərə üstünlük verilir.

Təhsil müddəti ümumi iş stajına daxil ediləcək. Məktəbə qəbul əsasən test və ya müsabiqə yolu ilə həyata keçiriləcək.

Ötən il dekabrın 6-da "Turizm ili" ilə əlaqədar Tədbirlər Planının müvafiq bəndinə uyğun olaraq, Nazirlər Kabinetinin qərarı ilə Turizm İnstitutunun nəzdində Bakı Turizm Peşə Məktəbi yaradılıb.

Xəbər lenti

Xəbər lenti