Azərbaycan, Bakı, 15 yanvar / Trend müxbir T.Cəfərov/
İranın sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Qulamrza Məhəmmədi tutduğu vəzifədən istefa verib. Bu barədə Trend İranın İSNA xəbər agentliyinə istinadən məlumat verir.
Məhəmmədi İranın sərbəst güləş üzrə milli komandasına Rəsul Xadimin texniki direktor seçilməsindən sonra öz istefa ərizəsini təqdim edib.
Məhəmmədi İSNA agentliyinə müsahibəsində, baş tutmuş dəyişiklikləri İran güləşinin xeyrinə olmayacağını bildirib.
"Ümid edirəm bu dəyişikliklərin arxasında siyasi oyunlar olmasın", -deyə Məhəmmədi deyib.
O, həmçinin əlavə edib ki, bundan sonra milli komandanın baş məşqçisi kimi fəaliyyət göstərməyəcək.