Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Ötən il Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin 17 əməkdaşı daxili işlər orqanlarından xaric edilib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəii Vaqif Əsədov bazar ertəsi Trend-ə bildirib ki, 2011-ci ildə idarənin 4 zabiti, 13 əməkdaşı fəaliyyətlərində yol verdikləri ciddi qanun pozuntularına görə daxili işlər orqanlarından xaric edilib.
İdarənin 6 zabiti, 14 əməkdaşı isə tutduqları vəzifədən azad olunublar.
Ötən il xidməti vəzifəsini nümunəvi yerinə yetirdiyi üçün idarənin 232 əməkdaşı mükafatlandırılıb.
Ümumilikdə isə ötən il Azərbaycanda korrupsiya hüquqpozması ilə bağlı 35 yol polisi daxili işlər orqanlarından xaric olunub.
Korrupsiya hüquqpozması ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində respublika üzrə 46 fakt aşkar olunub ki, bu faktlar üzrə 60-dan çox əməkdaş barəsində tədbirlər görülüb.
Bakı şəhər yol polisinin 17 əməkdaşı daxili işlər orqanlarından xaric edilib
Ötən il Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin 17 əməkdaşı daxili işlər orqanlarından xaric edilib.