...

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Kanadada anım konserti keçirilib (FOTO)

Cəmiyyət Materials 19 Yanvar 2012 19:21 (UTC +04:00)
Bu gün 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycanın Kanadadakı səfirliyi tərəfindən Ottavada anım konserti keçirilib.
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Kanadada anım konserti keçirilib (FOTO)

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Bu gün 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycanın Kanadadakı səfirliyi tərəfindən Ottavada anım konserti keçirilib.

Səfirlikdən cümə axşamı Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən Kanadadakı səfir Fərid Şəfiyev 20 Yanvar faciəsinin Azərbaycan xalqına qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biri olduğunu qeyd edib və həmin faciənin tarixi ilə bağlı iştirakçılara məlumat verib.

Daha sonra "Toronto Mendelssohn Trio" qrupunun ifasında Azərbaycan, Rusiya və Qərbi Avropa bəstəkarlarının əsərləri səsləndirilib. Konsertdə ilk dəfə azərbaycanlı bəstəkar Tofiq Bakıxanovun əsəri və 20 Yanvar faciəsi zamanı həlak olmuş İlham və Fərizə Allahverdiyevlərin xatirəsinə həsr olunmuş, Fikrət Əmirovun əsəri əsasında hazırlanmış və Aleksandr Levkoviç tərəfindən yazılmış elegiya ifa olunub.

Xəbər lenti

Xəbər lenti