...

Respublikanın rayonlarına gedən yollar açıqdır

Cəmiyyət Materials 23 Yanvar 2012 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Respublikanın rayonlarına gedən yollar açıqdır və nəqliyyatın hərəkətində problem yoxdur.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, şaxtalı-qarlı hava şəraiti ilə əlaqədar Bakı-Quba, Gəndob-Yalama, İsmayıllı-Muğannı yolunda, Ağsu aşırımında yaranmış problem aradan qaldırılıb.

Şöbə rəisi artıq həmin yollarda avtomobillərin hərəkəti üçün heç bir problem olmadığını bildirib.

Əliyev deyib ki, həmin yollara qum səpilib.

Qeyd edək ki, iki gündür respublikanın rayonlarına güclü qar yağıb. Rayonlara gedən avtomobil yollarının müəyyən hissələri buz bağladığından nəqliyyatın hərəkətində prolemlər yaranmışdı.

Xəbər lenti

Xəbər lenti