...

Azərbaycanda məktəbdənkənar müəssisələrin fəaliyyəti ilə bağlı monitorinq aparılır

Cəmiyyət Materials 24 Yanvar 2012 17:50 (UTC +04:00)
Azərbaycan Maliyyə Nazirliyi məktəbdənkənar müəssisələrin fəaliyyəti ilə bağlı monitorinq aparır.
Azərbaycanda məktəbdənkənar müəssisələrin fəaliyyəti ilə bağlı monitorinq aparılır

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Maliyyə Nazirliyi məktəbdənkənar müəssisələrin fəaliyyəti ilə bağlı monitorinq aparır.

Təhsil Nazirliyinin tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov çərşənbə axşamı Trend-ə bildirib ki, təhsil naziri Misir Mərdanovun məktəbdənkənar müəssisələrə cəlb olunan uşaqların sayının reallığa uyğun olmaması barədə səsləndirdiyi iradlar əsasən Naftalan şəhərinə aid olub.

Şöbə müdiri deyib ki, artıq Naftalan şəhərində bu məsələ qaydaya salınıb. Orada fəaliyyət göstərən 3 məktəbdənkənar müəssisə təhsil nazirinin əmri ilə birləşdirilib. Eyni zamanda, qrupların sayı 63-dən 43-ə endirilib.

"Məndə olan məlumata görə, qrupların sayı bir az da azaldılıb. Bu gün artıq statistik rəqəmlər reallığa cavab verə bilər. Əslində, onların əvvəl təqdim etdikləri rəqəmlər də real ola bilərdi. Çünki bir uşağın 2 dərnəyə getməsinə icazə verilir. Bu, nəzəri cəhətdən mümkündür. Amma hər cür istisnaları nəzərə almaq şərtilə orada müəyyən işlər görülüb", - İbrahimov qeyd edib.

Onun sözlərinə görə, nazirin tapşırığı ilə Füzulidə də müəyyən qrupların bağlanılması istiqamətində işlər görülüb.

"Yoxlama barədə bizə məlumat daxil olmayıb. Amma qeyri-rəsmi məlumatlara görə, onlar artıq yerli icra orqanlarına öz aktlarını təqdim edirlər. Yəqin ki, bu ayın sonunadək bu məsələ yekunlaşacaq", - İbrahimov əlavə edib.

Xəbər lenti

Xəbər lenti