...

Azərbaycanda dövlət məmurlarının gəlir bəyannamələri vermələri yaxınlarda həllini tapacaq

Cəmiyyət Materials 27 Yanvar 2012 12:38 (UTC +04:00)
Azərbaycanda dövlət məmurlarının gəlir bəyannamələri vermələri ilə bağlı məsələlər müzakirədədir və kifayət qədər təkmil mexanizm hazırlamaq istəyindəyik.
Azərbaycanda dövlət məmurlarının gəlir bəyannamələri vermələri yaxınlarda həllini tapacaq

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda dövlət məmurlarının gəlir bəyannamələri vermələri ilə bağlı məsələlər müzakirədədir və kifayət qədər təkmil mexanizm hazırlamaq istəyindəyik. Trend-in məlumatına görə, bunu Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev cümə günü keçirdiyi mətbuat konfransında bildirib.

Əliyev deyib ki, bu məsələ yaxınlarda həllini tapacaq.

Onun sözlərinə görə, korrupsiya ilə bağlı qanunvericiliyimiz kifayət qədər təkmil, cəzalar da sərtdir.

"Qanunvericiliyimiz Avropa standartlarına uyğundu. Vəzifəli şəxslərin dairəsi ötən il daha da genişləndirildi. Qanunvericiliyin düzgün tətbiqi bizdən asılıdır. Aktiv rüşvətxorluğun, yəni rüşvət verməyə görə məsuliyyətin ləğv olunması ikili yanaşma ola bilər", - Əliyev deyib.

İdarə rəisinin fikrincə, vətəndaşlar səbirli olmaq əvəzinə rüşvət verməklə problemini tez həll etmək istəyir. Bu meyillər çoxdur.

Onun bildirdiyinə görə, kifayət qədər yüksək vəzifəli şəxslər, dövlət məmurları məsuliyyətə cəlb edilib, həbs olunub.

"Korrupsiyaya qarşı mübarizə kampaniya xarakteri daşımır. Bu, sistemli bir işdir", - Əliyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti