...

Azərbaycanda gənclər təşkilatlarının rəhbərləri üçün təlim kursu keçiriləcək

Cəmiyyət Materials 27 Yanvar 2012 15:27 (UTC +04:00)
Azərbaycanda 2008-2011-ci illərdə yaradılmış gənclər təşkilatlarının rəhbərləri üçün "Dövlət gənclər siyasətinin həyata keçirilməsində gənclər təşkilatlarının iştirakı" mövzusunda təlim kursu keçiriləcək.
Azərbaycanda gənclər təşkilatlarının rəhbərləri üçün təlim kursu keçiriləcək

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanda 2008-2011-ci illərdə yaradılmış gənclər təşkilatlarının rəhbərləri üçün "Dövlət gənclər siyasətinin həyata keçirilməsində gənclər təşkilatlarının iştirakı" mövzusunda təlim kursu keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, fevralın 13-17-də Bakıda keçiriləcək təlim kursunun məqsədi gənclər təşkilatlarına dövlət gənclər siyasəti haqqında məlumatın verilməsi və gənclər təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi üçün şəraitin yaradılmasıdır.

Təlim məşğələləri dövlət gənclər siyasəti və bu siyasətin əsas istiqamətləri, dövlət orqanları ilə gənclər təşkilatlarının əməkdaşlıq əlaqələri, könüllülərlə iş və onların təşkilatlara cəlb olunması və başqa mövzular üzrə keçiriləcək.

Təlim məşğələləri qeyri-formal təhsil metodologiyasının tətbiqi ilə beynəlxalq və yerli təlimlər aparmış təlimçilər komandası tərəfindən təşkil ediləcək.

Əlavə məlumatı Gənclər və İdman Nazirliyinin rəsmi internet səhifəsindən (www.mys.gov.az) əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti