Azərbaycan, Bakı, 28 yanvar / Trend müxbir M.Əliyev/
Azərbaycanda 2 fevral "Gənclər günü" sağlamlıq imkanları məhdud uşaqlarla birgə qeyd olunacaq. Trend-in məlumatına görə, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən şənbə günü bildirilib.
2 fevral - gənclər günü ilə əlaqədar Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən yanvarın 30-da Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli xüsusi internat məktəbdə görüş keçiriləcək.
Fevral ayının 1-də isə Penitensiar Xidmətin Tərbiyə müəssisəsində olan gənclərlə görüş keçiriləcək.
Görüşün keçirilməsində məqsəd-yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkil olunması, onlara olan dövlət qayğısının daha da artırılmasıdır.
Tədbir zamanı yeniyetmələrə hədiyyələrin verilməsi və konsert proqramının təşkil olunması nəzərdə tutulur.