...

Azərbaycanı "Eurovision 2012"-də təmsil edəcək ifaçı fevralın 12-də bəlli olacaq

Cəmiyyət Materials 4 Fevral 2012 10:13 (UTC +04:00)
Azərbaycanı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edəcək ifaçı fevralın 12-də bəlli olacaq.
Azərbaycanı "Eurovision 2012"-də təmsil edəcək ifaçı fevralın 12-də bəlli olacaq

Azərbaycan, Bakı, 4 fevral / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edəcək ifaçı fevralın 12-də bəlli olacaq.

Trend-in şənbə günü "Eurovision" mahnı müsabiqəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 2011-ci il noyabrın 28-dən başlayan "Eurovision 2012" milli seçimləri həyəcanı başa çatmaq üzrədir.

"Eurovision 2012" milli seçimlərinin 5 finalçısı artıq bəlli olub

İzləyicilərin SMS səsverməsi və münsiflər heyətinin rəyi əsasında finala Orxan Kərimli, Səbinə Babayeva, Elton İbrahimov, Fəqan Səfərov və Arzu İsmayılova keçib.

Fevralın 12-də Heydər Əliyev Sarayında təşkil olunacaq final gecəsində Orxan Kərimli, Səbinə Babayeva, Elton İbrahimov, Fəqan Səfərov və Arzu İbrahimova "Eurovision 2012"-də Azərbaycan təmsilçisi adı uğrunda mübarizə aparacaq.

Xəbər lenti

Xəbər lenti