...

Bakıda külli miqdarda saxta sement aşkarlanıb

Cəmiyyət Materials 11 Fevral 2012 13:00 (UTC +04:00)
Bakıda külli miqdarda saxta sement aşkarlanıb.
Bakıda külli miqdarda saxta sement aşkarlanıb

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda külli miqdarda saxta sement aşkarlanıb.

Trend-in şənbə günü DİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini Xanmirzə Bağırovun alıcı Fərman Xudaverdiyevə 33 kisə "Qaradağ Tikinti Materialları" ASC-də istehsal olunaraq doldurulmuş, "Spesialist" əmtəə nişanlı istehlak xüsusiyyətlərinə uyğun gəlməyən, standartın tələblərinə cavab verməyən keyfiyyətsiz sement satması müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində mağazaya baxış zamanı oradan 24 kisə sement, "Qaradağ Tikinti Materialları" ASC-nin anbarında isə mənşəyini təsdiq edən və əmtəə nişanına dair rəsmi sənədləri olmayan saxta 5 min 450 ədəd "Spesialist" əmtəə nişanlı boş sement kisələri aşkar olunaraq götürülüb.

Xəbər lenti

Xəbər lenti