...

Azərbaycanın orta təhsil sistemində yeni texnologiyalar tətbiq ediləcək

Cəmiyyət Materials 13 Fevral 2012 14:16 (UTC +04:00)
Yaxın gələcəkdə Azərbaycanın təhsil sistemində yeni texnologiyalar tətbiq ediləcək.
Azərbaycanın orta təhsil sistemində yeni texnologiyalar tətbiq ediləcək

Azərbaycan, Bakı, 13 fevral /Trend müxbir İ.İsabalayeva/

Yaxın gələcəkdə Azərbaycanın təhsil sistemində yeni texnologiyalar tətbiq ediləcək.

Trend-in məlumatına görə, Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin bazar ertəsi yaydığı məlumatda bildirilir ki, ölkənin orta təhsil sistemində elektron dərsliklərə keçidin tədricən təmin olunması məqsədəuyğundur. Artıq bir sıra aparıcı dövlətlərdə elektron dərsliklərə keçid müşahidə olunur.

İdarənin müdiri Samir Məmmədov bildirib ki, şagirdin yaradıcılığına imkan yaradan interaktiv elektron vasitələrin yaradılması, saxlanılması və yayılması "Bulud (Cloud) texnologiyalar" vasitəsilə daha səmərəli və çatımlı olur. Bununla da fərdiləşmiş tədris üçün zəruri şərait yaranır və fərdi təhsil alət/cihazına - Netbook və Planşet kompüterə ehtiyac artır. Azərbaycanda da tədricən fərdi kompüterlər vasitəsilə elektron dərsliklərdən istifadə ölkə miqyasında "Bulud texnologiyalar"a keçidi tezləşdirəcək.

Belə ki, şagirdlər tədris üçün zəruri materialları və dərslikləri Məlumat və Resurs Mərkəzinin serverlərindən, yəni Təhsil Buludundan istifadə etməklə fərdi təhsil alətinə yükləyə və təhsil nəticələrini keyfiyyətli dərəcədə təkmilləşdirə biləcəklər. Burada "ağıllı" məzmunun yaradılması və ya yerləşdirilməsi üçün lazım olan infrastrukturun - Data Mərkəzin, Elektron resurs üzrə ixtisaslaşmış yerli şirkətlər, yerli ekspertlərin və sürətli internet bağlantısının mövcudluğu həlledicidir.

Xəbər lenti

Xəbər lenti